Koronavirus yaxın 5 ildə Alsgeymer və demensiya xəstəliklərini 3-4 dəfə artıra bilər. Çünki kovid özü beyində dəyişikliklər edir.
Medicina.az xəbər verir ki, ötən il ABŞ-da aparılan elmi tədqiqat pandemiya illərində Alsgeymerin 2 dəfə artdığını üzə çıxarıb.
Əgər kovidə qədər pasiyentin beynində az da olsa bu yöndə pozulmalar var idisə, kovid onu tətikləyici son factor ola bilər. Covid özü sərbəst olaraq Alsgeymer yaratmır. Amma virus artıq mövcud olan problem üzə çıxarır, daha önə çəkir.
Məsələn əgər 60 yaşlı xəstənin beyni 70 yaşında Alsgeymer olacaqdısa, kovid keçirdikdən sonra bu proses 2-3 il ərzində baş verə bilər.
Ona görə risk qrupunda olan xəstələr koviddən sonra nevroloq müayinəsindən keçməlidir.