4 milyondan çox insanın həyatını itirdiyi koronavirusla bağlı son günlər yeni variantlar daha çox müzakirə edilir.
Medicina.az xəbər verir ki, immunoloq professor Sai Reddy yeni variantla bağlı önəmli açıqlamalar verib.
Onun sözlərinə görə, “Kovid 22” olaraq adlandırılacaq yeni variant “Delta”dan daha ölümcül olacaq:
“Daha güclü bir variantın ortaya çıxması qaçınılmazdır. Yeni varianta qarşı daha tədbirli olmalıyıq.
Belə bir variant ortaya çıxarsa, daha erkən aşkarlamalı və vaksinasiyanın sürətini artırmalıyıq”.