Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kosmetik vasitələrin sağlamlığa vurduğu zərərlər

  • 2019.09.25 13:40
  • 4603 Baxış
Kosmetik vasitələrin sağlamlığa vurduğu zərərlər
Hər yaşda və hər dövrdə ön planda olan, əhəmiyyətini itirməyən vizuallıq bu gün də eyni əhəmiyyəti qoruyur və hər gün əlavə olunan kosmetik məhsullara olan ehtiyacı maksimum səviyyədə saxlayır. El arasında ən çox istifadə edilən "Daxili görünüşü gözəl olsun" ifadə əslində, heç də həmişə səmimiyyətlə deyilmir. Hamımız bilirik ki, insanları qiymətləndirmək üçün ilk meyar həmişə vizuallıq olub. Bu səbəblə xanımların əksəriyyəti makyaja və kosmetikaya aşırı zaman ayırırlar.


  Medicina.az makiyaj və kosmetikanın sağlamlığa zərərlərindən xəbər verir.


Kosmetika və makiyaj ciddi sağlamlıq problemlərinə səbəb ola bilər

Gözəl və baxımlı görünməyin təbii və insan sağlamlığına zərərsiz bir çox üsulu olsa da parıldayan paketlərlə satışa çıxarılan, bir-birindən rəngli təqdim olunan kosmetika və makiyaj üsulu xanımlar üçün daha cəlbedici təsir bağışlayır. Bununla birlikdə qadınlar üçün əvəzolunmaz olan həmin məhsulların üstünlükləri,  sağlamlığa zərərli olduqlarına görə dezavantaja çevrilir. Bu məhsulların sağlamlığa zərərli olmasının ən vacib səbəbi və uzun ömürlü olması həmin məhsulların istehsalında istifadə olunan paraben və bənzər konservantların kanserogen təsir göstərmələri ilə əlaqədardır. Elə buna görə də mütəxəssislər bu məhsulların istifadə edilməməsini, istifadə edilərsə də məzmunu oxuduqdan sonra alınmalı və parabensiz məhsullara üstünlük verilməli olduğunu bildiriblər.


Saç tökülməsinə səbəb olur Kosmetik məhsullar deyildiyində ağlımıza gələn ilk şey kosmetika-makiyaj vasitələri, şampunlar, hava fenləri, saç baxımı məhsulları, nəmləndiricilər və ətirlərdir. Saçlara tətbiq olunan saç baxımı məhsulları, xüsusilə saç kremləri, saçların kökünə tətbiq edilən şampunlardan fərqli olaraq saçın uc hissələrinə tətbiq edilməli məhsullardır. Bu məhsulların saç diblərinə tətbiqi saç follikullarına nüfuz edəcək və saç follikullarını zəiflədəcək və saç tökülməsinə səbəb olacaqdır.Bu məhsulların davamlı saç kökünə tətbiqi saç follikalarına nüfuz etməsinə səbəb olacaq və follikaları zəiflədərək saç tökülməsiə gətirib çıxardacaq.


Makiyaj etmək dərini qocaldır Kosmetik mağazaların açılması ilə mövcud bazara hər gün yeni bir makiyaj məhsulları əlavə olunur və alıcılarının sayı hər keçən gün dəyişir. Keçmişdə ümumiyyətlə, xüsusi günlərdə edilən makiyaj artıq gündəlik həyatın bir hissəsinə çevrilmişdir. Makiyaj tam tətbiq olunmasa da, ən azı bir nəmləndirici kremdən istifadə edilir. Makiyaj məhsulları dəridəki məsamələrin bağlanmasına və zaman keçdikcə məsamələrdə kir və yağ yığılmasına səbəb olur. Beləliklə dəridə tıxanan məsamələr nəfəs ala bilmir. Bu da öz növbəsində dəridə sızanaq və şişliklər əmələ gətirir həmçinin dərinin sağlamlığına mənfi təsir göstərir. Sağlam olmayan və zədələnmiş dəri isə qırışlara səbəb olur.


Təbii məhsullara önəm verin Şəxsi qulluq və gözəl görünüş də kosmetik məhsullardan başqa istifadə edilə bilən və yüz faiz təbii olan bir çox məhsullar mövcuddur. İstifadə olunan təbii məhsulların xeyri yalnız sağlamlıqla bitmir, həm də uzunmüddətli orqanizmdə sabitliyi təmin edir. Bundan əlavə, təbii məhsullar daha qənaətcil olduğundan büdcəyə və vaxtınıza qənaət etmənizə kömək edəcək.