Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Korvalol ürəyi müalicə edirmi? – Zərərləri

  • 2020.10.16 17:56
  • 10606 Baxış
Korvalol ürəyi müalicə edirmi?  – Zərərləri

Korvalol təzyiq, yüksək nəbz, ürək sakitləşdirici, panik ataka qarşı sovet dövründən bu günə kimi insanların və təcili yardımın vazkeçilməz əlaltı, ucuz vasitəsidir.

Bir çox ürək və şəkər xəstələri hər gün korvalol qəbul etməklə, ürəyi müalicə etdiklərini düşünür.
Medicina.az korvalolun əslində nə üçün olduğunu və bəzi zərərlərini təqdim edir.


Korvalolun tərkibi- etil efiri alfa bromizovaılerian turşusu, nanə yağı və ən əsas təsir edici maddə fenobarbitoldur.

Bu maddə epilepsiya və qıcolma müalicəsi üçün tətbiq olunan maddədir.
Yüksək sakitləşdirici və yuxugətirici, bir qədər keyləşdirici təsiri var.


Aptekdə fenobarbitol tərkibli qıcolma dərmanlarını yalnız reseptlə almaq olar. Amma maraqlısı budur ki, fenobarbitollu korvalola bu adi edilməyib və bu gün istənilən şəxs bu maddəni qəbul edə bilir.


Korvalol tərkibindəki bu maddələrlə damar spazmını götürür, ürək damarlarını az genişləndirir, bu da təzyiqə, aritmiyaya, taxikardiyaya təsir edir.


Klassik sakitləşdirici dərman olan Korvalol ürək-damar xəstəliklərini müalicə etmir, təzyiq dərmanı deyil, xəstəliyin simptomlarını müvəqqəti söndürür, səbəbi aradan qaldırmır.

Fenobarbiol tərkibli korvalolu hər gün, uzun müddət və böyük dozada qəbul etmək narkotik kimi psixoloji asılılıq yaradır, xəstə dərmana alışır, getdikcə az doza ona təsir etmir və yaşlı insanlar hətta bu dərmanı içmədən yuxuya gedə bilmirlər.


Ən təhlükəli zərəri qəflətən tənəffüs və ürək dayanmasına səbəb ola bilməsidir.
Korvaloldan sui-istifadə etməyin, o yuxu dərmanı deyil, sadəcə gərgin vaxtlarda əl altında bir şey olmadıqda sakitləşdirici kimi içə bilərsiz.

Sükan arxasında olanlar qəbul etməməlidir.
Yaşlı insanların korvaloldan asılılığı daha tez baş verir


Korvalol həm də panik atak zamanı həkimlərin xəstələrə verdiyi vasitədir. Bu zaman damcı sayını aşmayın.
Çalışın karvalolu 10-15 damcı olmaqla az miqdar suya qatmaqla içəsiz.