D vitamini, sümüklərin inkişafı, hüceyrələrin böyüməsində önəmli rol oynayır. Əgər orqanizmdə vitamin çatışmazlığı olarsa, bu, sümüklərdə bir sıra dəyişkənliyə gətirib çıxarar ki onlardan ən vacibi raxit xəstəliyidir. Bunun üçün vitaminin normal miqdarda qəbulu şərtdir.
Günümüzdə apteklərdə bir çox D3 tərkibli vitaminlər satılır. Hər pediatr isə eyni dərman preparatını yazmır. Bu da alıcılarda çaşqınlıq yaradır.
Medicina.az valideynlərin ən çox verdiyi suallara cavabları təqdim edir.
Valideynlər ciblərinə uyğun istənilən D3 vitaminini ala bilər. Bahalı, ucuzluğu və ya hansı firmanın olması fərq etməz.
Son zamanlar "Akvadetrim” və "Simbavit” dərmanları ən çox alınan D3 vitaminləri sırasındadır. Hansının daha keyfiyyətli olması isə valideynlərdə sual doğurur. Bəziləri akvadetrim vitamininin tərkibində spirt olduğunu və buna görə məsləhətli olmadığını deyirlər. Digər qisim isə simbaviti pisləyərək digər preparatı üstün tutur.
Akvadetrimin tərkibində olan spirt benzil spirtidir ki bu da təhlükə törətmir. Valideynlər etil spirti ilə benzil spirtini qarışdırmasınlar. Bu tərkibdə olan spirt bir çox şirniyyatların daxilinə qatılır. Bunun bu qədər şişirdilməsi düzgün deyil. Uşaqlar üçün heç bir təhlükədən söz gedə bilməz. Bir çox dərmanların da tərkibinə qatılır. Akvadetrim normal preparatdır və istifadə edilməsinin heç bir zərərli təsiri yoxdur
Bəzi valideynlər ixtiyari olaraq (bəzən isə zökəm bronxit və ya pnevmoniya olduğu zaman ana özbaşına kəsir), bəziləri isə həkim göstərişi əsasında bu vitaminin verilməsini dayandırır.
"Uşaq o zaman bu tələbatı tam ödəmiş olur ki, heç bir paltar geyinmədən yalnız pampers ilə yarım saat, 1 saat günəş şüaları altında qalsın. Analar əksər zaman uşağını geyindirərək, papaq taxaraq gəzdirir. Bununla da körpə lazımı D vitamini ala bilmir. Südəmər körpəyə isə xüsusilə verilməlidir. Əksər D vitamini gün ərzində bir qaşıq suda təyin olunan miqdarda həll olunaraq verilir, yeməkdən öncə və ya sonra olmasının fərqi yoxdur.
Qeyd edək ki, D3 vitamini körpəyə iki həftəsindən başlayaraq 2 yaşına qədər verilməlidir.
Almaniyada bu göstərici 5, Türkiyədə 3 yaşına kimidir.
Salam 1 ayliq uşağa D vitamini neçe damcı verilir???
1 ayından həkim məsləhəti ilə gündə 1 damcı verirəm. Az olmaz ki?
Salam men D3 kesmisem 5 damci vetirdim oda usaqda beyin teziqi yaratdi sora kezdim indi hec vermirem
3aylig usaga nece damci vit d vermek olar.2damci az deyilki
Salam bilmeden 1 ayliq usaq 5 damci vitamin d verdim usaq nese olmaz ki?
Uşaq 2 aylıqdır D vitamini neçə damcı verməliyik ?
Salam uşaq
Salam usaq 1 yas 8 ayliqdi akvadetrimi 3 damci verirəm düzgündürmü?1 yasindan hekim elə yazmisdi ele de verirəm.artirib azaltmamisam