Ata dörd aylıq körpəsini amansızlıqla qətlə yetirib.
Medicina.az xəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, küçədə torpanın içərisində uşaq meyidi tapılıb. Polis meyiti aşkarladıqdan sonra onu tibbi ekspertizadan keçiriblər. Məlum olub ki, o başından aldığı zərbəyə görə dünyasını dəyişib.
Onun valideynləri aşkarlanaraq istintaqa cəlb olunub. Bu zaman ata uşağı öldürdüyünü etiraf edib. O bildirib ki, uşaq ağladığı üçün onu sakitləşdirmək istəyib. Qucağına aldığı qızını əlindən salan ata, onun sakitləşmədiyini görüb ütü ilə başına zərbə endirib.
Səhərə yaxın körpənin öldüyünü görən ata onu torbaya qoyaraq küçəyə atıb.
Qeyd edilib ki, ailənin valideynlik hüququ əlindən alınmış 3 övladı daha var.