Körpələri sakitləşdirmək üçün çox vaxt üstünlük verilən əmziklər həm faydaları, həm də zərərləri ilə valideynləri çaşdırır.
Bəs əmzikdən istifadə nə dərəcədə təhlükəsizdir?
Medicina.az xəbər verir ki, türkiyəli həkim Nimet Karataş Torun əmzik istifadəsinin təsirləri haqqında əhəmiyyətli məlumatlar verib.
Dr. Torun, əmziklərin xüsusilə vaxtından əvvəl doğulan körpələrdə əmmə-udma-nəfəs koordinasiyasının inkişaf etdirdiyini, çənə əzələlərini gücləndirdiyini və nevroloji yetkinləşməni dəstəklədiyini ifadə edib.
O, əmziklərin körpələri stresli anlarda sakitləşdirməyə kömək etdiyini və Ani Körpə Ölüm Sindromu (SİDS) riskini azaltdığını göstərən elmi məlumatların olduğunu da vurğulayıb.
1 aydan sonra, 1 yaşa qədər tövsiyə olunur
Amerika Pediatriya Akademiyasının (APA) tövsiyələrinə toxunan Dr. Torun bildirib ki, əmzik istifadəsinə doğuşdan sonrakı ilk ayda başlanmamalıdır. Lakin 1 yaşa qədər istifadə dəstəklənir.
İnfeksiya riskindən və diş problemlərindən ehtiyatlı olun
Əmziklərin müsbət cəhətləri olsa da, bəzi sağlamlıq problemlərinə də səbəb ola biləcəyini xatırladan Dr. Torun, "Orta qulaq infeksiyaları (otitis media), qaratoyuq, tənəffüs və həzm sistemi xəstəliklərində artım ola bilər. Bu səbəbdən təkrarlayan qulaq infeksiyası olan uşaqlarda əmzik istifadəsinin dayandırılması tövsiyə edilir" deyibi.
Uzun müddətli istifadənin diş sağlamlığı üçün də risklər yaratdığını bildirən ekspert, malokluziya (çənənin bağlanma pozğunluğu), dişlərin uyğunsuzluğu və çürük riskinə diqqət çəkib.
İlk 3-4 həftədə verilməməlidir
Dr. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in ana südü ilə qidalandırma meyarlarına da toxunub.
Torun deyib ki, ilk 3-4 həftə əmzik verilməməlidir.
Əmzik istifadə edərkən bunlara diqqət edin
Seçilmiş əmzik toksik olmayan, möhkəm və elastik olmalıdır.
Əmzik hər gün təmizlənməli və 1-2 aydan bir dəyişdirilməlidir.
Əmzik şəkərli qidalara batırılmamalıdır.
İstifadə müddəti 12 ilə 18 ay arasında dayandırılmalıdır.
Doktor Torun son olaraq sözlərini "Əmziklərin həm faydaları, həm də riskləri var. Ona görə də valideynlərin düzgün məlumatlandırılması və buna uyğun qərar verməsi vacibdir" sözləri ilə yekunlaşdırdı.
Aygün
Medicina.az