Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpənin qida borusu əməliyyatla əvəzləndi - Azərbaycanda İLK - FOTO

  • 2021.10.11 10:38
  • 1809 Baxış
Körpənin qida borusu əməliyyatla əvəzləndi -  Azərbaycanda İLK - FOTO
Azərbaycanda ilk dəfə yeni doğulmuş körpə üzərində qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub.

Medicina.az xəbər verir ki, qida borusunun fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulan uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən ezafaqo və qastrostomiya əməliyyatı icra olunub.

Məlumata görə, 1 il müddətində mədəyə qoyulan rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün Bakıdakı xəstəxanalardan birinə gətirilib və xəstəyə yenə Rusiyanın tibb elmləri doktoru Gündüz Ağayev tərəfindən qida borusunun əvəzlənməsi əməliyyatı icra edilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfədir belə cərrahi əməliyyat həyata keçirilir.

Mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilib. Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra, 1 ay müddətində qismən ağızdan qisməndə nazik bağırsağa yerləşdirlimiş zondla qidalanıb. Udmağı öyrəndikdən sonra ağızdan tam qidalandığına görə nazik bağırsağa qoyulmuş zond xaric edilib.

Hazırda həkim nəzarətindədir və vəziyyyəti yaxşıdır.