Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpəni neçə aylığından dənizə salmaq olar? - Pediatr açıqladı

  • 2023.07.24 15:46
  • 2163 Baxış
Körpəni neçə aylığından dənizə salmaq olar?  - Pediatr açıqladı

Dəniz uşaqların ən çox sevdiyi əyləncə məkanıdır. Lakin yenidoğulmuşları və körpələri 6 ayına qədər dəniz suyuna salmaq olmaz, amma dəniz havasında gəzdirmək olar.


"Medicina" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin ailə həkimi, pediatr Yasəmən Məhərrəmova bildirib ki, uşaqları dənizdə çimdirərkən suyun çirklilik dərəcəsi nəzərə alınmalıdır.


"Dəniz suyu duzlu olduğu üçün uşağı suda 20 dəqiqədən artıq saxlamaq olmaz. Uşağı sudan çıxaran zaman təmiz su ilə yuyub qurulamaq lazımdır. Sonra isə Günəş şüalarından qoruyan krem çəkilməlidir. Kremi uşağın bədəninə suya girməzdən 20 dəqiqə əvvəl və sudan çıxdıqdan sonra hər bir saatdan bir çəkmək lazımdır. Çimərliyə saat 11:00-a qədər və saat 17:00-dan sonra getmək lazımdır.

Gündən qorunmaq üçün papaq, çətir, eynək, içməli su və meyvə tərəvəz, xarab olmayan məhsullar götürmək olar.

Əksər uşaqlar dənizdə çimərkən dəniz suyunu udur, bununla baglı uşaqlarda qusma, ishal ,qızdırma halı müşahidə oluna bilər: “Bəzi uşaqların zəruri olan peyvəndləri almaması, onların immunitetinin aşagı olmasına gətirib çıxarır ki, nəticədə bu kimi hallar baş verir. Bu da ciddi mədə bagirsaq xəstəliklərinə, infeksiyalara səbəb olur.

Yay aylarında sərinləşdirici içkilər, dondurma istifadəsi zamanı Tonzillit infeksiyasına da tez-tez rast gəlinir. Bununla yanaşı, qida zəhərlənmələri, qida allergiyası, bagırsaq infeksiyaları kimi hallardan da uşaqları qorumaq lazımdır. Bunun üçün istifadə etdiyiniz qidaların saxlanma və istehsal tarixinə diqqət yetirilməlidir.

Mütəxəssis yay aylarında həşərat dişləməsinə də diqqət çəkib: "Atmosferin çirkliliyi ilə bağlı olaraq yaşadığımız dövrdə allergik xəstəliklərin artımı müşahidə olunur. Bu fonda həşərat dişləməsi də ciddi sağlamlıq problemi yaradır. Belə ki, bəzən hətta anafilaktik şok da yarada bilər. Bu zaman diqqət edəcəyimiz nüans həmin nahiyədə qızartı və şişkinliyin böyük, ağrının çox olması, halsızlıq, təzyiqin artması, səsin kallaşması, boğazda qıcıqlanma, qaşınma, bədənin digər nahiyələrində köpəşiklərin olmasıdır”.

Aygün Musayeva