Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpə danışacağı dili ana bətnində öyrənir – ALİMLƏR

  • 2023.11.27 17:18
  • 1371 Baxış
Körpə danışacağı dili ana bətnində öyrənir  – ALİMLƏR

İtaliyalı alimlər körpənin ünsiyyət quracağı və doğulacağı yerin dilini hələ doğulmazdan öncə öyrənməyə başladığını sübut edib.


“Medicina” xəbər verir ki, ana bətnində olan uşaq 7-ci aydan ana bədənindən kənardan gələn səsləri qəbul etməyə başlayır.

Onlar ananın səsini tanıyır, nitqdəki səsləri, ritmi melodik olaraq tutur.

Yeni araşdırmada fransız dilli qadınlar və onların 33 yenidoğulmuş körpəsi iştirak edib.

Körpələrə fransız, ispan, ingilis dilində nağıl dinlədilib, paralel olaraq, EEQ ilə beynin aktivliyi ölçülüb.

Müşahidə göstərib ki, fransız dilində nağılda onların LRTC beyin dalğalarının aktivliyi artıb.
LTRC nitqin qəbul edilib anlaşılması üçün lazımdır.

Digər sözlə, körpələr artıq doğulandan ana dilinin hansı dil olduğunu bilir.

KÖrpələrin beyni linqvistik elementlərə köklənib, bu proses ana bətnində başlayır.

Prenatal dil təcrübəsi neyron reaksiyaların formalaşmasında rol oynayır.

Ona görə də onlar 1 yaşından artıq sözləri anlayır, deyir və danışmağa cəhd edir.

Aygün Musayeva