Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpə ana bətnində koronavirusa yoluxdu

  • 2021.03.04 09:28
  • 1491 Baxış
Körpə ana bətnində koronavirusa yoluxdu

İsveçin Malmö şəhərində COVID-19 əlamətləri ilə xəstəxanaya çatdırılan hamilə qadın dərhal əməliyyat olunub və uşaq sağ-salamat ana bətnindən çıxarılıb.

Medicina.az xəbər verir ki, “Skane” hospitalında yeni doğulmuş körpədən alınan koronavirus testinin nəticəsi pozitiv çıxıb.

TASS xəstəxananın yaydığı press-relizə əsasən bildirir ki, həkimlər körpənin hələ ana bətnində ikən virusa yoluxduğunu təsbit ediblər.

Elmi araşdırmanın nəticələri “British Journal of Obstetrics & Gynaecology” jurnalında dərc olunub.