"Virusun yayılma dairəsi genişlənərsə, məktəblərin bağlanması ilə bağlı qərar veriləcək".
Medicina.az xəbər verir ki, bunu Operativ Qərargahın rəsmiləri brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən deyiblər:
"Hazırda bununla bağlı məsələ qərargahda müzakirə olunmur. Çünki hələ xəstəliyin artması gözlənilmir. Biz çalışırıq xəstəliyi yerində lokallaşdıraq. Qeyd etmək lazımdır ki, koronavirusa yoluxan şəxs də bizim vətəndaş deyil. Çox güman ki, o sağalana qədər bizim ölkədə qalıb müalicəsini davam etdirəcək.
Əgər xəstəlik yayılıb, geniş maştab alarsa, o zaman təbii ki, məktəblər və universitetlərin bağlanmasına qərar veriləcək. Lakin hələ ki, buna ehtiyac yoxdur".
Afaq Rza