Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronaya yoluxan tibb işçisi küçədə saxlanıldı

  • 2021.09.24 10:46
  • 1117 Baxış
Koronaya yoluxan tibb işçisi  küçədə saxlanıldı
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Medicina.az -a verilən məlumata görə, Yardımlı rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.

Faktla bağlı Yardımlı RPŞ-nin istintaq qrupunda araşdırma aparılır.

Qeyd edək ki, A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Rayon Xəstəxanasının cərrahiyə şöbəsində feldşer işləyir.