Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Medicina.az xəbər verir ki ,bu barədə Report-a Xalq artisti özü məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakıda evindədir: "Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.