Rusiyada noyabrda koronaya yoluxub sağalmış qadının dırnaqlarında qəribə simptomlar baş verib.
Medicina.az xəbər verir ki, koronadan müalicə alan 35 yaşlı qadın dırnaqların dibində plastinin sarı limon rəngi aldığını görüb.
Əlini gündüz işığına tutduqda bu rəng aydın görünürdü. Həkimlərə göstərsə də həkim heç bir ciddi dəyişiklik olmadığını bildirib.
Lakin gecə klubunda bilyard oynayan zaman qadın dırnaqlarının fosforlaşıb işıq saçdığını görür.
Qadın bu haldan qorxuya düşərək, kovidin bədənində hansı dəyişiklik yaratdığını araşdırmaq istəyir.