Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusundan sonra dünyada yeni təhlükə

  • 2020.04.08 16:59
  • 2117 Baxış
Koronavirusundan sonra dünyada yeni təhlükə
Bütün dünya koronavirusunun təsiri altında ikən, İndoneziyadan başqa bir pis xəbər gəldi.

Tropik iqlimin bəlası olan Sümük qızdırması, ölkədə 254 nəfərin ölümünə səbəb olub.


İndoneziyada bu virusa yoluxanların sayının 39 min 876-ya qədər artdığı açıqlanıb.

Sümük qızdırması, dünyada tropik və subtropik bölgələrə xarakterik olan və qripə bənzər simptomlarla müşahidə edilən viral xəstəlikdir. Sınıq kimi sümük ağrısına səbəb olduğu üçün "qırıq sümük qızdırması" olaraq da bilinir. Sümük virusunun 4 məlum növü var. Xəstəliyin bir növünü keçirənlər digər növlərə yenidən yoluxa bilərlər.

Simptomlar:


* Ən azı 2-7 gün qəfil başlayan qızdırma. Qızdırmadan sonra davamlı qusma, güclü qarın ağrısı və nəfəs almaqda çətinlik kimi simptomlar inkişaf edə bilər.

* Baş ağrısı, gözlərdəki ağrı,

* Əzələ və oynaq ağrısı,

* Axıntı və qanaxma nəticələri (burun qanaması, diş ətinin qanaması, dərialtı qanaxma və s.)

Virus ağcaqanadlar vasitəsilə yoluxur.