Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun yüngül, orta, ağır forması - Necə bilməli?

  • 2020.10.28 15:25
  • 4910 Baxış
Koronavirusun yüngül, orta, ağır forması   - Necə bilməli?

Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.

Medicina.az xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.

Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.

Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:

Yüngül forma – hərarət 37,2- 38 arası dəyişir

Saturasiya – yəni qanda oksigenin miqdarı – 97-98 faiz
Tənəffüs tezliyi – yəni nəfəslma sayı – 22-ə qədər

Orta forma – hərarət 38-dərəcədən yuxarı
Hədsiz halsızlıq
Saturasiya – 93-95
Tənəffüs sayı – 22-dən yuxarı
Təngnəfəslik
Kt müayinədə ağciyərlərin zədələnməsi – 10-20 F
Qanda C reaktiv zülal göstərici – 10 mq –dan yuxarı

Ağır forma

Hərarət – 39-40
Tənəffüs sayı – dəqiqədə 30-33
Saturasiya – 93 və daha aşağı
Təzyiq 90-60a düşür
Ağciyərlərin zədələnməsi – 30-40%
Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq


Özünüzdə cüzi dəyişiklik hiss edən kimi dərhal təcili yardıma və sahə həkiminə müraciət edin:

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.