Alimlər ilk dəfə avqust ayında Hindistanda aşkar edilən və Covid-19-un XBB adlandırılan ştammının bütün dünyada sürətlə yayıldığını açıqlayıb.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, XBB ştammı Sinqapurda 2 həftə ərzində yoluxma hallarının ikiqat artmasına səbəb olub. Sinqapur alimləri XBB-nin əvvəllər dominant olan “BA.5” Omicron ştamından 30 faiz daha yumşaq olduğunu təxmin edirlər.
ABŞ, Avstraliya, Hindistan və Böyük Britaniya da daxil olmaqla, indiyədək 17 ölkədə XBB infeksiyasının aşkar edildiyi açıqlanıb. Con Hopkins Universitetinin professoru Dr. Ameş Adalja bildirib ki, bu ştamm peyvəndlərə davamlı olsa da, öldürücü xüsusiyyəti hələ aşkar olunmayıb.
Alimlər xəbərdarlıq edib ki, bir çox ölkədə Covid-19 dalğası XBB-nin təsiri ilə noyabrın ortalarında zirvəyə çata bilər.