Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun yeni növü aşkarlandı: İtlərdən ötürülüb

  • 2021.05.20 21:45
  • 1310 Baxış
Koronavirusun yeni növü aşkarlandı:  İtlərdən ötürülüb

Amerika alimləri koronavirus infeksiyasının daha bir növünün mövcud olduğunu bildiriblər.

Medicina.az report-a istinadən xəbər verir ki, bu barədə “Science” jurnalı bildirib.

Qeyd edilir ki, koronavirusun bu növ 2017-2018-ci illərdə Malayziyada pnevmoniya xəstəliyinə səbəb olub. Ehtimala görə, virus insanlara itlərdən ötürülüb, ancaq dəqiq nəticələr haqqında daha sonra danışmaq mümkün olacaq.

Nəşrdə həmçinin Florida Universitetindən analoji mütəxəssislər tərəfindən aparılan tədqiqatlar haqqında xatırladılıb. Güman edilir ki, 2014-2015-ci illərdə Haitidə qeydə alınmış pnevmoniya daha əvvəl koronavirusun aşkarlandığı donuzlardan insanlara ötürülüb.

Alimlər iddia edirlər ki, koronavirusun yeni növü mutasiya ehtimalına görə təhlükə törədə bilər.