Tez-tez dəyişən Omikronun daha bir superkontagioz mutantı alimləri narahat etməyə başlayıb.
Bakupost.az xəbər verir ki, daha çox Hindistanda güclənən bu mutant ABŞ-ı da cənginə alır.
Alimlər yeni mutantın vaksin immunitetini keçdiyindən narahatdır.
Yeni mutantın Omikrondan daha ciddi infeksiya törətmək qabiliyyəti hələ dəqiq deyil.
"Bizə hələ nəticə çıxarmaq üçün tezdir. Amma görünən odur ki, virusun ötürülmə gücü Hindistanda öz eksponensial hədd nümayiş etdirir. Ola bilər, BA.5-in yeni mutasiyası yaransın. Artıq yeni mutant dünyanın bir çox ölkələrinə yayılıb. Bu da ciddi siqnaldır", - deyə Şişi Luo bildirib.
Ekspertlər Omikronun bu qədər çox mutasiyaya sürətlə uğraması qorxudur. Digər tərəfdən daha bir problem bu virusun bütün antitellərdən yan keçməsidir. Vaksin və xəstələnib sağalmağın bu mutanta təsiri yoxdur.