Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun yeni əlaməti aşkarlandı

  • 2020.04.16 09:17
  • 2305 Baxış
Koronavirusun yeni əlaməti aşkarlandı
Ayaqlarda iri qırımızı ləkələr koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.

Belə bir nəticəyə Avropada pandemiyanın daha geniş yayıldığı İspaniya və İtaliya həkimləri gəlib.

Belə ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən hər beşinci italiyalının dərisində problemlər mövcuddur. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur.

İspaniya Pediatr Assosiasiyası bildirib ki, səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir.

Bir qayda olaraq, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.