Hindistanın Maxaraştra ştatında koronavirusun yeni Delta plyus mutasiyasına 20 yoluxma qeydə alınıb.
Medicina.az xəbər verir ki, Delta plyus - B1 61.21. orqanizmdə olan antitellərin aktivliyini azaldır.
Bu ştammın yoluxub sağalanlara və peyvənd olunanlara da yoluxması baş verir.
Yeni mutasiyanın bir çox şəhər və əyalətlərə yayıldığı gözlənilir.
Mütəxəssislər bundan sonra mutasiyaların və yeni ştammarın olacağı, buna qarşı mübarizənin mümkün olmadığını bildirib.
Mutasiyalar daha çox Hindistanda formalaşır.