“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai BirliyiAzərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Koronavirusun yayılmasının qarşısını almaq və yoluxmanın sayını nisbətən azaldmaq üzrə təşəbbüslər” layihəsi çərçivəsində Sabirabad rayonunun Mirzə Ələkbər Sabir adına 1 saylı məktəbdə, Nizami Gəncəvi adına 5 saylı məktəbdə, Mikayıl Müşfiq adına 4 saylı məktəbdə və Nəriman Nərimanov adına 2 saylı məktəblərdə koronavirusla bağlı maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərə hər məktəbdə 25 nəfər yuxarı sinif şagirdi cəlb olunub. Sabirabad rayonu rayonunda keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndəsi və orta məktəbin müəllimləri yaxından iştirak etmişlər.
Tədbir zamanı təlimçi Əhədova Dilşad gənclərlə mövzu ətrafında müzakirələr aparıb. Müzakirələr zamanı iştirakçılar komandalara bölünərək maraqlı çıxışlarla təqdimat ediblər.