Çinin paytaxtı Pekində virusa yoluxma artdığı üçün hərəkət yenidən məhdudlaşdırılıb.
Medicia.az xəbər verir ki, artıq marketlərin fəaliyəti dayandırılıb, yollar bağlanıb.
Yerli sakinlər testdən keçmək üçün növbəyə düzülüblər.
Küçələrdə polis nəzarətinin gücləndirildiyi bildirilir.
Qeyd edək ki, bu gün Pekində 40 nəfərdə virus aşkarlanıb.
Onlardan birinin vəziyyəti ağırdır.