Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun ürək-damarlara təsiri düşündüyünüzdən də ciddidir – Məşhur kardiocərrah

  • 2021.04.24 16:57
  • 3476 Baxış
Koronavirusun ürək-damarlara təsiri düşündüyünüzdən də ciddidir  – Məşhur kardiocərrah

Çox xəstələr koronavirusdan sonra heç vaxt olmadığı qədər ürək problemləri ilə üzləşir, qəfildən ürək xəstələrinə çevrilirlər.

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı kardiocərrah, professor Renat Akçurin bildirib.

O qeyd edib ki, həkimlər də, pasiyentlər də koronavirusun ürəyə təsirini, zərərini hələ yetərincə düzgün dəyərləndirmir, ciddi qəbul etmir. Amma bu təsir o qədər ciddidir ki, məni belə mat qoyur.

“Hazırda sübutlar, faktlar var ki, virus damarların daxili divarını, endotelləri zədələyir, o cümlədən ürək damarları. Damar sistemi bir-birilə bağlıdır, beləliklə, endokard zədələnir.

Bunun nəticəsində ürəkdə bu pozulmalar baş verir: ritm pozulması, hipertenziya, təzyiq, beyində problemlər və s. Ürəyin iri damarları, eləcə də beynin xırda və iri, serebral damarları zədələnir. Bəzi xəstələrdə bunlar bərpa olmaya bilər.

Bu çox ciddidir. Mən düşünürəm ki, 2-3 ildən sonra ciddi ürək-damar xəstələrinin çoxu koronavirusu keçirmiş insanlar olacaq.

Biz kardioloqlar əvvəl ciddi təşviş keçirdik, amma indi kovid sonrası dəyişikliklərlə ciddi mübarizə aparırıq. Koronavirus xəstəliyini keçirənlərə tövsiyyəm odur ki, sağalandan sonrakı 6 ayda ürək-qan damar sistemlərini daim yoxlatsınlar, müalicə etdirsinlər, kardioloq nəzarətində olsunlar. Koronavirusdan sağaldım, başqa heç bir şey yoxdur deyə düşünməsinlər”.