Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19-un genetik tarixini araşdırıb.
Tədqiqat nəticəsində koronavirusun üç - A, B, C növlərinə bölündüyü açıqlanıb.
Virus müxtəlif ölkələrdə canlıların immunitet sistemini məhv etmək üçün daim mutasiya edir.
Koronavirusun heyvanlardan insanlara ötürülən orijinal forması olan A tipi hazırda ABŞ və Avstraliyada yayılan virusun nümunələrinin dekabr-mart ayları ərzində analizinə əsasən məlum olub.
Mütəxəssislərin fikrincə, Çində epidemiya dövründə yayılan virus A növü olmayıb. Yanvar ayında, yoluxma epidemiya həddinə çatan zaman koronavirusla mübarizəyə başlayan Çində virusun dəyişilmiş B versiyası yayılıb.
Müəyyən edilib ki, ABŞ-da baş verən ümumi koronavirus yoluxmalarının üçdə ikisi virusun heyvandan insana ötürüldüyü A tipinə mənsubdur.
Yoluxmaların çoxunun Nyu-Yorkdan deyil, Kaliforniyadan gəldiyi vurğulanır.
Tədqiqata görə, B tipi Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə yayılıb.
B növündən törəyən C tipinin yayılmasına Sinqapuru misal gətirmək olar.
C tip virusun Sinqapurdan bir çox Avropa ölkəsinə yayıldığı bildirilsə də, Avropada ən çox müşahidə edilən virus B tipidir.