İngiltərənin Dartford şəhərində koronavirusa görə iflic olan həkim rentgenoloq Pol Skeqqin həyatında möcüzə baş verib.
Pol Skeqq aprelin 3-də COVID-19-a yoluxma ilə əlaqədar xəstəxanaya düşüb. Xəstəlik zamanı onda “Giyen-Barre sindromu” (süst iflicə səbəb olan xəstəlik) inkişaf edib. Nəticədə tibb işçisi tamamilə iflic olub.
Reanimasiyada 11 gün keçirdikdən sonra P.Skeqq “FaceTime” ilə sevgilisinə zəng vurub və evlənmə təklifi edib. Qız sevincək razılığını bildirib.
Bundan sonra kişi sürətlə sağalmağa başlayıb.
Həkimlər onun bu tezliklə ayağa qalxmasını əsl möcüzə adlandırıblar.