Koronavirusun yüksək yoluxuculuğu ilə fərqlənən “alfa”, “beta”, “qamma” və “delta” ştamları son bir həftə ərzində coğrafiyasını genişləndirib.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.
Bildirilir ki, xüsusən koronavirusun “delta” variantının dövr etdiyi ölkələrin və ərazilərin sayı bir həftə ərzində 142-dən 148-ə çatıb.
ÜST-ün bülleteninə görə, 9-15 avqust tarixlərində dünyada yoluxma əvvəlki həftəyə nisbətən 4 % artıb: 4,4 milyondan çox yeni yoluxma halı aşkar edilib.
Eyni zamanda, ölüm hadisələrinin sayı əvvəlki həftəyə nisbətən praktiki olaraq artmayıb, ümumilikdə 9 avqustdan 15 avqusta qədər 66 mindən çox ölüm halı qeydə alınıb.