Baxmayaraq ki, bütün dünyada ÜST koronavirusa yoluxanların ümumi sayında dekabr, yanvar ayına nisbətən ciddi azalma olduğunu açıqlayır, alimlər üçüncü dalğanın olacağını istisna etmir və gözləyir.
Medicina.az xəbər verir ki, üçüncü dalğanın olması mütləqdir, çünki istənilən pandemiya və virus infeksiyalarında gedişat belə olur.
Pandemiya və karantindən yorulan insanlar bir qədər də dözüb, 2021-ci ilin yayını gözləməlidir.
Mütəxəssislər üçüncü dalğanın mart-aprel ayında olacağını bildirir.
Əslində Rusiyada onu yanvarda, bayramlardan sonra gözləyirdilər. Amma gözlənilən olmadı. Hazırda xəstələrin çoxu simptomsuzdur.
Kollektiv immunitet formalaşıb və pandemiya həzin sonuna yaxınlaşır.
ÜST Avropa bürosunun rəhbəri Hans Klyuq belə deyib: ən pisi geridədir.
Çin alimlərinin hələ ötən il dediyi kimi,koronavirus üçün ən uğurlu temperatur havanın 5-10 dərəcə isti olmasıdır. Bu isə yaz havalarına uyğundur. Deməli, soyuq qışdan çıxmış zəif immunetli Yer əhalisinu yaz aylarında yeni dalğa asanlıqla haqlaya bilər.