COVID-19-un simptomu olmayan daşıyıcıları əksər hallarda gənc və sağlam insanlardır.
Medicina.az xəbər verir ki, Moskva Dövlət Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Sergey Avdeyev bildirib ki, xəstəliyin simptomsuz gedişi olduqca geniş yayılıb, bu gün belə xəstələr yoluxanların 25%-dən 50%-nə qədər və daha çox ola bilər.
Avdeyev orta hesabla simptomları olmayan şəxslərdə xəstəliyin iki həftəyə qədər davam etdiyini qeyd edib:
“Bir insan xəstə şəxslə təmasda olubsa, iki həftə ərzində özünü təcrid etməlidir, bundan sonra infeksiya riski minimaldır, çünki iki həftədən sonra virus ətraf mühitə nüfuz edə bilmir”.