Rusiyada son 1 ayda koronavirusa yoluxanlarda simptomların dalğavari keçidi qeydə alınıb. Belə ki, xəstədə əlamətlər gah azalır, itir, gah başlayıb, kəskinləşir.
Həkimlər bildirir ki, xəstəliyin gedişatı yaydakına nisbətən dəyişib.
Medicina.az xəbər verir ki, əvvəl xəstədə qızdırma yüksəlirdi, titrətmə, tərləmə olurdu, onu dərmanla salmaq olurdu və xəstədə yaxşılaşma qısa müddətdə başlayırdı.
İndi isə qızdırma yüksəlmir, sonra 2 gün olur, 3 gün normallaşır, birdən 38-ə qalxır. Dərmanla saldıqda, yenidən yüksəlir.
Artıq xəstələri müalicə edib evə yazandan sonra da bir müddət nəzarətdə saxlayıb, bəzi qan göstəricilərini yenidən yoxlamaq lazımdır.
Buna qanda iltihabi göstəricilər – CRP, ferritin, D dimmer, EÇS və qanın laxtalanması aiddir. Yalnız bu göstəricilər stabilləşəndən sonra xəstədən arxayın olmaq olar.
İndi xəstəxanaya elə xəstələr gəlir ki, heç bir xarici ciddi əlaməti, titrətməsi, öskürəyi, qızdırması yoxdur, amma analizlər dəhşətli vəziyyəti ortaya qoyur.