Bu nəticəyə britaniyalı həkimlər gəlib.
Mütəxəssislər koronavirusa qarşı profilaktik tədbirlərin mövsümi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyənləşdiriblər. Bu tədbirlər əhalidə faydalı vərdişlərin ortaya çıxmasına kömək edib. Məsələn, insanlar hətta əllərini daha tez-tez yumağa başlayıbılar.
Həmçinin məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin bağlanması müsbət təsir hesab oluna bilər. Zəif immunitet səbəbiylə daha çox məktəblilər və tələbələr mövsümi xəstəliklərdən əziyyət çəkirlər. Mühüm bir amil sosial məsafəyə riayət etməkdir ki, bu da qripin qarşısını alır.
Elm adamları hələ qripə yoluxma hallarının nə qədər azalacağını dəqiq deyə bilmirlər. Məsələn, Yaponiyada ölkədə qripə yoluxma hallarının 60% azaldığı bildirilir. Eyni vəziyyət Avropada da müşahidə olunur.