Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan məlumata görə, dünyada COVID-19 xəstələrinə xidmət qaydaları yenilənib.
Medicina..az xəbər verir ki, ÜST "interlökin-6" reseptor blokerlər qrupundakı dərmanların kortikosteroidlərlə birlikdə istifadəsinin ağır koronavirus xəstələrinin həyatını xilas etdiyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı əldə edilən nəticələrin dərmanlar üzərində aparılan ən böyük analiz nəticəsi olduğunu və 27 klinik sınaqda iştirak edən 10 mindən çox xəstənin məlumatlarının nəzərə alındığını bildirib.
ÜST-nin açıqlamasında 2020-ci ilin sentyabrında kortikosteroidlərin tövsiyə edilməsindən sonra bu dərmanın COVID-19-a qarşı təsirli olduğu aşkarlanan ilk dərman vasitəsi olduğu vurğulanıb.
Şiddətli COVID-19 ağrıları, ümumiyyətlə, immunitet sisteminin virusa həddən çox reaksiya verdiyi və xəstələrin bu vəziyyətdən zərər gördükləri müşahidə edilir. Ancaq "tocilizumab və sarilumab" ehtiva edən Aktemra dərmanı həddindən artıq reaksiyanı azaltmaqla xəstənin zərər görməsini əngəlləyir.
ÜST dərmanın kritik hallarda ölüm nisbətini 13% azaltdığını, bunun hər 1000 xəstə üçün 15 ölüm və hər 1000 ağır xəstə üçün 28 ölüm az olduğunu qeyd edib.