Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan özünü müalicə üçün parasetamol qəbulunu tövsiyyə edir.
Medicina.az xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Kristian Lindmayer brifinqdə deyib.
O, koronavirusun müalicəsində ibuprofen və bu tərkibdə olan dərmanlardan istifadə etməməyi, parasetamol qəbul etməyi məsləhət verib:
“İbuprofenin COVID-19-la bağlı ölüm riskini artırdığına dair yeni dəlil əldə edilib. Hələləik bununla bağlı kifayət qədər tədqiqat aparılmayıb və mütəxəssislər məlumatları araşdırırlar. Hələ ki, müalicə üçün parasetamolu seçməyinizi və ibuprofendən özünü müalicə dərmanı kimi istifadə etməməyinizi tövsiyyə edirik”.
Onun sözlərinə görə, ibuprofen həkim tərəfindən təyin edilibsə və tibbi səbəblərə görə zəruridirsə, o zaman istifadə edilə bilər.
Qeyd edək ki, martın 11-də ÜST COVID-19-un pandemiya olduğunu elan edib.