Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.
“Umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsində qəbul edilə bilər. SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, - nazirliyin sənədində qeyd edilir.
Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır.