Koronavirusun insanın mərkəzi sinir sisteminə dağıdıcı təsir etməsi ilə bağlı ilk fakt qeydə alınıb.
Medicina.az xəbər verir ki, Çinin Pekin şəhərində Ditan adlı xəstəxanada 56 yaşlı pasiyentdə koronavirusun mərkəzi sinir sisteminə mənfi təsiri müşahidə olunub.
Belə ki, xəstədə pnevmoniya, ensefalit, baş beyin əzələlərinin regidliyi, bəbəyin işığa reaksiyasında zəiflik, huşun pozulması baş verib.
Həmin xəstə koronavirus müalicəsi ilə yanaşı sinir sistemi müalicəsi də alaraq vəziyyəti yaxşılaşıb.