Son 24 saatda Avropa və ABŞ-da koronaya yoluxma halı bütün dünyadakı yoluxmaların 85 faizini təşkil edib.
Medicina.az axar.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib. O bildirib ki, ABŞ dünyada virusun ən çox yayıldığı yeni mərkəz ola bilər.
Təşkilat rəsmisi bu günə qədər koronavirusdan 14 min 510 adam öldüyünü bildirib və bu sayın ciddi sayda artacağı barədə xəbərdarlıq edib.
"ABŞ və Avropa epidemiyanın ən çox yayıldığı bölgədir. ABŞ-da yoluxma sayı sürətlə artıb. Son 24 saatda bu virusa yoluxanların 40 faizi ABŞ-da qeydə alınıb.
M.Harris həmçinin onu da bildirib ki, koronavirusa yoluxan xəstələr arasında dad və iybilmə hissini itirənlərə də rast gəlinir.