Sıudiyyə Ərəbistanında təkcə ötən gün bu ölkədə 1905 nəfər virusa yoluxub. Ümumilikdə ölkədə 44 mindən çox koronaviruslu xəstə var. Eləcə də, Birləşmiş Ərəb Əmirliklərində, bəzi Afrika ölkələrində koronavirus geniş miqyasda yayılıb.
Maraqlıdır, 40 dərəcə temperaturda koronavirus məhv olmursa, ölkəmizdə 30 dərəcədə onun məhv olması nə dərəcə realdır?
Meidicina.az modern.az-a istinadən bildirir ki, həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişizadə virusun məhv olması üçün 57 dərəcə istliyin gərəkdiyini deyir:
“COVID-19-un yüksək tempraturda məhv olma dərəcəsi 30 dərəcə deyil, 57 dərəcədir. Hələ ki, heç bir ölkədə 57 dərəcə istilik yoxdur. Amma biz gözləyirik ki, 30 dərəcə istilikdə və gündüz düşən ultrabənövşəyi şüaların təsiri ilə virusun aktivliyi azalacaq, yəni virusa yoluxma halı indiki kimi olmayacaq.
Amma birbaşa tempraturun virusu məhvetmə gücünə gəldikdə isə bunun üçün 56-57 dərəcə istilik gərəkdir. Günəşin tərkibində olan ultrabənöşəyi və infraqırmızı şüalar ölkədə 30 dərəcə istlik müşahidə ediləndə virusun aktivliyini azaldacaq, məhv etməyəcək”.