ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin keçmiş direktoru Robert Redfild, koronavirusun Uhandakı laboratoriyadan yayıldığı iddiasını ortaya atdıqdan sonra ölüm təhdidləri aldığını söylədi.
Virusun, Uhan Viroloji İnstitutu laboratoriyasından yayıldığı iddiaları son həftələrdə yenidən gündəmə gəldi. St. George's Universiteti Onkoloji Professoru Angus Dalgleish və Norveçli alim Dr. Birger Sørensenin hazırladığı raport sonrası ABŞ Prezidenti Co Bayden də kəşfiyyat xidmətinə müraciət edərək 90 gün ərzində ldə edilən yeni məlumatların paylaşılmasını istədi.
‘ELM AXIRDA SÜBUT EDƏCƏK’
Virusun həmin laboratoriyadan yayıldığı teoriyasını ilk ortaya atan şəxslərdən biri olan ABŞ Xəstlik Kontrol və Önləmə Mərkəzi(CDC) keçmiş direktoru Robert Redfild, bu sözlərindən sonra ölüm təhdidləri aldığını açıqladı. Mart 2020ci ildə CNN International-a danışan Redfield, virusun laboratoriyadan sızdığını söyləmişdi və, “Digər insanlar mənə inanmaya bilər, problem deyil. Elm sonunda bunu təsdiq edəcəkdir” ifadələrini istifadə etmişdi.
‘SİYASƏTÇİLƏRDƏN GÖZLƏYİRDİM’
Keçmiş ABŞ prezidenti Donald Tramp dönəmində 2018-2021 illərdə CDC rəhbəri olan Redfild, Vanity Fair-ə verdiyi son müsahibəsində o gündən sonra başına gələnləri anlatdı. Redfild, “Başqa bir hipoteza ortaya qoyduğum üçün kənarlaşdırıldım və ölümlə təhdid edildim. Bunun siyasilərdən gəlməsini gözləyirdim, elm tərəfindən deyil” dedi