Çinin paytaxtı Pekin yaxınlığında yerləşən Hubey vilayətinin Anşin qəsəbəsində küçəyə çıxma qadağası yenidən tətbiq edilib.
Medicina.az xəbər verir ki, 400 min insanın yaşadığı qəsəbədə hər evdən yalnız 1 nəfər gündə 1 dəfə küçəyə çıxa bilir.
Koronavirus pandemiyasının ikinci dalğası təşvişi yaşanan ölkədə xalqın qabaqlayıcı tədbirlərə dəstək verməsi çağırışları edilir.
COVID-19 xəstəliyi ilə mübarizə sayəsində örnək ölkələrdən biri olan Avstraliyada da yoluxma saylarında yenidən artım yaşanıb. Gündəlik yoluxma sayı 5-ə enən ölkədə normallaşma prosesinin başlaması ilə yoluxma gündəlik 100-ə qədər çıxıb.
Sərt karantin rejimini yumşaldan Almaniyada yoluxma faktlarında dalğalanma var. Ölkədə son 9 günün statistikası belədir: 556, 359, 544, 659, 476, 531, 614, 290 və 175.