Rusiyalı psixiatrlar son 1 ildə psixi pozulmalarla müraciət edən, eləcə də bu xəstəliklərdən müalicə alanların sayının 2 dəfə artması barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, hazırda ikinci dalğanın sürət götürdüyü bir vaxtda nevroloji pozulmalar artır, izolyasiya isə stressə bağlı xəstəliklər yaradır.
Psixiatrlar çoxdandır koronavirusun orqanizmdən çox psixikaya mənfi təsiri barədə həyəcan təbili çalır.
İş ondadır ki, bu xəstəlik tutmayanlar da stressdən əziyyət çəkir.
Birinci dalğa üzü yaya doğru gedirdi və Günəş, isti havalar, qidalanma bir qədər insanları depressiyadan çıxarıb, ümidləndirirdi.
Salamat illərdə belə qışa doğru Günəş işığı və istilik azaldıqca onsuz da çoxalan depressiyalar, panikalar, nevroloji pozuntular bu qışda koronavirus səbəbindən partlayış həddinə gələ bilər.
Sankt Peterburqda psixi xəstəliklərdən əziyyət çəkən xəstələrin arasında ölüm halı son 6 ayda 2 dəfə artıb. Bu hətta koronavirusdan ölənlərdən də çoxdur.