Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun əsas hədəfi ürəkdir - Uzman kardioloq

  • 2022.02.15 15:08
  • 1985 Baxış
Koronavirusun əsas hədəfi ürəkdir  - Uzman kardioloq

Əslində ağciyər koronavirusun qonaq olduğu orqandır, hədəf orqan isə ürəkdir. Virusun yerləşdiyi və bədənə bağlandığı reseptorlar təkcə ağciyərlərdə deyil, həm də ürək hüceyrələrində olur.

Medicina.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.


Həkim bildirib ki, virus birbaşa ürəyə yerləşərək ölümcül təsir göstərir, ürək əzələsinin iltihabı (miokardit) meydana gəlir. Virusun təsiri ilə ürək əzələsi şişir və bədən effektiv qan təzyiqini yarada bilmir. Nəticədə ürək çatışmazlığı inkişaf edir. Xəstəxanaya yerləşdirilən xəstələrin 7-12%-də ürək çatışmazlığı aşkar olunur:

"Ürək əzələlərindəki şişlik, ürəyin sinir sistemindəki fəsadlarla birlikdə ürək ritminin pozulmasına və qəfil ölümün baş verməsinə səbəb olur. Ürək xəstələri mütləq şəkildə COVID-19 peyvəndi olunmalıdır".