Çin burundan yaxma analizinin qısa müddət üçün aktual olduğunu nəzərə alaraq, əslində koronavirusun bağırsaqlarda ən azı 20 gün 1 ay yaşadığını bildirib, PZR testlərin rektal üsulla, yəni düz bağırsaq-anusdan yaxma testi ilə təyinini daha dəqiq və effektiv hesab edir.
Medicina.az xəbər verir ki, 2021-ci ilin martından Çin ölkəyə gəlib qalmaq istəyənlərdən rektal analizi məcburi tələb edir.
Koronavirus yuxarı tənəffüs yolu – burun, udlaqda cəmi 10 gün aşkarlana bilər. Ondan sonra virus aşağıya gedir. Daha çox həzm yolları ilə bağırsaqlara çökür. Hətta koronavirusdan sağalıb, karantindən çıxmış xəstələrin bağırsaqlarında və nəcisində 1-2 ay boyunca koronavirus yaşayır.
Ona görə də tualet, kanalizasiya, çirkli əllərlə virusun yoluxdurulması da mümkündür.
Çin səhiyyəsinin tərtib etdiyi rektal test zamanı 3-5 sm-lik çubuq düz bağırsağa yeridilib, yaxma götürülür.
Pekin infeksion xəstəliklər xəstəxanasında bildirilir ki, bu metod daha dəqiq və düzgün məlumat verir. Koronavirus düz bağırsaqda istənilən orqandan daha çox yaşayır.
Rektal test xüsusilə gənclərdə, xəstəliyi simptomsuz keçirənlərdə və öskürməyənlərdə aşkar etmək üçündür.
Şanxay və Pekin hava limanlarında rektal test götürmək üçün lazımi test avadanlıqları quraşdırılıb. Çin hökuməyi pandemiyanın qarşısını almaq üçün burundan PZR testə güvənməyərək, daha etibarlı test tələb edir.