Siyahıda dördüncü yerdə qərarlaşan Fransada 137 877 nəfər virus daşıyıcısı hesab edilir. Bu ölkədə 14 986 nəfər pandemiyadan vəfat edib.
Almaniya bu sırada 130 072 virus xəstəsi ilə beşinci yerdədir. Avropanın bu ölkəsində 3 194 nəfər COVID-19-dan dünyasını dəyişib.
Son bir neçə ayda 89 571 nəfərə virusa yoluxma diaqnozunun qoyulduğu Böyük Britaniya ölüm hallarının sayına görə Almaniyanı üstələyib – 11 347 itki.
Bir zamanlar koronavirus epidemiyasının episentri sayılan Çinin ümumilikdə 83 302 vətəndaşı virusa yoluxub, 3 345 nəfər ölüb.
Qeyd edək ki, virusa yoluxma hallarının ən çox olduğu ölkələrin siyahısında İranın (73 303 yoluxma, 4 585 ölüm), Türkiyənin (61 049 yoluxma və 1 296 ölüm), nisbətən aşağı göstəricilərlə Belçikanın, Niderlandın, İsveçin, Kanadanın, Braziliyanın, Rusiyanın, Portuqaliyanın və digər ölkələrin də adları var.