Bir qrup İslandiya alimi, yoluxmuş insanlarda ən çox görülən koronavirus əlamətlərinin əzələ ağrısı və baş ağrısı olduğunu aşkar edib.
Bu barədə British Medical Journal elmi nəşrində dərc olunan tədqiqatda bildirilib.
Mütəxəssislər COVID-19 ilə xəstələnən 1564 İslandiya sakininin vəziyyəti barədə məlumatları araşdırdı. Araşdırmanın nəticələrinə görə xəstələrin 55 faizinda əzələ ağrısı qeydə alınıb. Tədqiqat iştirakçılarının yarısından çoxu (51 faiz) baş ağrısı və 49 faizi quru öskürək keçirib.
Xəstəliyin gedişatı boyunca xəstələrin əksəriyyətində (67 faiz) simptomlar yüngül formada özünü göstərib.