Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusun əlamətləri: Günbəgün gedişat necə olur?

  • 2021.09.09 10:42
  • 2671 Baxış
Koronavirusun əlamətləri:  Günbəgün gedişat necə olur?
Hər kəs koronavirusun əsas əlamətlərinin temperatur, öskürək və nəfəs darlığı olaraq bilir. Lakin ABŞ-lı mütəxəssislər bu simptomlara yenilərini də əlavə edib.

Medicina.az həmin araşdırmanı təqdim edir:



Koronavirusun əsas əlamətləri:

* Temperatur
* Öskürək
* Nəfəs darlığı ya da nəfəsalmada çətinlik
* Üşütmə
* Üşütmə ilə birlikdə titrəmə
* Əzələ ağrısı
* Baş ağrısı
* Boğaz ağrısı
* Dad və iybilmənin itməsi



Koronavirus günbəgün...

1-3-cü gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlərlə ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı eyni zamanda, immunitetiniz zəifdirsə ishal və ürək bulanma da baş verə bilər.
4-cü gün: Boğaz ağrısı şiddətlənər. Səs tutular. Yemək və içmədə çətinliklər yaşaya bilərsiniz. Yüngül baş ağrısı ilə ishal bu gündən başlayar.
5-ci gün: Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hala gələr. Əzələ ağrıları başlayar.
6.-cı gün: Quru öskürək başlayar. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Halsızlıq başlayar. Ürək bulanma artar. Zaman-zaman nəfəsalmada çətinlik yaranar. İshal və qusma şiddətli hal alar.
7-ci gün: Temperatur 38 dərəcəyə yüksələr. Öskürək və bəlğəm artar. Bədən və baş ağrıları ilə birlidə qusma da ola bilər.
8-ci gün: Nəfəs alıb-vermək çox çətin bir hala gələr. Sinə ağrısı yaranar. Öskürəklə birlikdə baş və əzələ ağrıları da artar. Temperatur 38 dərəcədən yuxarı qalxar.
9-cu gün: Bütün əlamətlər şiddətlə artar. Üz və dodaqlarda göyərmələr yaranar. Öskürək və bəlğəm getdikcə artar. Bədən və əzələ ağrıları ilə birlikdə qusma da şiddətli hala gəlib çıxar.

Əgər bu əlamətləriniz varsa mütləq tibbi yardım alın.