Bolqar görücü Vanqa hələ 25 il əvvəl bir çox insanın həyatına son qoyacaq bir xəstəliyin yayılacağını proqnozlaşdırmışdı.
"21-ci əsrin ilk ongünlüyündə dəhşətli bir virusla çox sayda insan həyatını itirəcəkdir” deyirdi Vanqa.
Vanqanın qeydlərinə görə, bir ildən az olmayan bir müddətdə peyvənd hazırlamaq mümkün olacaq və bu dərman Sibir kedrasından alınacaq.
Kedranın müalicəvi əhəmiyyəti hamıya bəllidir. Onun soyuqdəyməyə, iltihaba qarşı, hətta immuniteti qaldıran keyfiyyətləri var. Kedradan alınan yağlar təbabətdə çox istifadə edilir.
Bu səbəbdən də məqalənin müəllifi inanır ki, Vanqa düzgün proqnoz verib və tezliklə Rusiya həkimləri kedradan həmin dərmanı düzəldəcəklər.