Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Koronavirusun dərmanı Mendeleyev cədvəlindəki bu 2 elementdədir" - Azərbaycanlı bilicidən RESEPT

  • 2021.04.14 15:17
  • 3131 Baxış
"Koronavirusun dərmanı Mendeleyev cədvəlindəki bu 2 elementdədir"   - Azərbaycanlı bilicidən RESEPT


Psixoloq, elmi-lədun bilicisi Paşa Yaqub onlarla koronavirus xəstəsini sağaldarkən bəzi məqamları müşahidə etmişdir.

Medicina.az xəbər verir ki, o Covid 19-un dərmanının Mendeleyev dövri elementlər cədvəlində olduğunu bildirir.


" Mendeleyev cədvəlinin 19-cu elementi olan Kalium orqanizmdə quruluğun qarşısını alaraq, nəmlik yaradır.

Bildiyimiz kimi, koronavirusa yoluxmanın ilk əlaməti də boğazda və ağ ciyərlərdə quruluğun yaranmasıdır ki, nəticədə xəstədə quru öskürək başlayır. Ona görə də insanlar tərkibində Kalium olan qidalar qəbul etməlidirlər. Bunun üçün, məsləhət görərdik ki, çovdar çörəyi, buğda çörəyi, qayısı, quru üzüm. yerkökü, böyürtkən, əncir, kivi, yemiş, şaftali, portağal, greyfurt, kök, kartof, balqabaq, brokoli, gül kələm, mərcimək, lobyalar, süd-qatıq (yağsız ve ya az yağlı) daha çox istifadə etsinlər. Bunların tərkibində Kalium elementi çox olduğundan və Kalium da bədəni qurumadan qoruyub, nəm saxladığından indiki dövrdə istifadə edilməsi zəruridir.

Araşdırmalarımız göstərir ki, koronavirusun qarşısın alan ikinci element Flordur. Burada diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Florun da atom kütləsi 19 (!)-dur. Bu elementin əsas funksiyası orqanizmi infeksiyalardan qorumaqdır.

Hesab edirik ki, indiki dövrdə insanlarımız Florla zəngin olan məhsulları da öz rasiyonlarına daxil etməlidirlər. Bu məhsullar isə, əsasən somon balığı, alma, yumurta, dəniz məhsullarıdır.

Koronavirusun dərmanını axtaran alimlərə məsləhət görərdik ki, Mendeleyev cədvəlinin 19-a bağlı elementlərinə müraciət etsinlər.

Hazırda xəstəxanalarda müalicə alan xəstələrə tərkibində Kalium və Flor olan preparatlar tətbiq edilməlidir.

Koronavirusun ən effektli müalicəsi isə, ötən yazımızda qeyd etdiyimiz kimi, Mendeleyev cədvəlindən çıxarılan Efir enerjisidir ki, onu da seanslarla ötürürük.


İnsanlara məslhət görərdim ki, keçinin piyindən, südündən mümkün qədər çox istifadə etsinlər. Hələ ta qədimdən ata-babalarımız soyuqdəymələri və ağciyər xəstəliklərini keçi piyi ilə müalicə etmişlər. Keçinin piyi insanı tərlədir və enerji verir. Bu da koronavirusdan xilas olmaqda çox vacibdir.

Virusa yoluxmuş insanın yatdığı otaqda havanı təmizləmək üçün ən yaxşı vasitə üzərrikdir. Üzərrik tüstüsü otağın havasın təmizləyir. Sanki onu dezinfeksiya edir.

Meyvə şirələri, özəlliklə də nar, mandarin, apelsin, banan və s qida rasionunda üstünlük təşkil etməlidir".