Türkiyədə illərlə verdiyi proqnozların düz çıxması ilə gündəmdə olan, məşhur veda astroloqu Ayşen Tok şəxsi hesabından Türkiyənin səhiyyə naziri və baş nazir R. Erdoğanı da işarələyərək, onlara səslənib.
Medicina.az xəbər verir ki, koronavirus barədə də öncədən bəzi proqnozları olan astroloq qadın virusun dərmanı və peyvəndinin bir ilanda olması barədə proqnoz verib.
O, göy üzünün, yəni planet və ulduzların elmindən istifadə edərək ona göstərilən məlumatı paylaşıb.
“Bu korona dənizlərin çaylara, çayların dənizlərə qovuşduğu yerdə, kanalizasiya və çirkab sularının toplandığı nöqtələrdə yaranıb. Kökü ordandır.
Allah eşqinə, səsimi duyun. İnsanları məhv edən bu virusun dərmanı da, peyvəndində istifadə edəcəyiniz maddə də sularda yaşayan bir ilan növündədir.
Dəyərli baş nazirim. Deyirsiz mənə xəbər göndərin, deyin. Mən sizlə əlaqə yaratmağa çalışıram. Xahiş edirəm, səsimi dinləyin, məni tapın.
Koronavirusun şəfası Takımyıldızın göstərdiyi yerdədir. Onu da mənə bildiriblər. Bu bir elmdir, bir eşitsəz, dinləsən nə olar"
O, hətta ABŞ prezidenti Trampı da statusuna qeyd edib və məlumatı ingilis dilində də yayıb