Milyarder Bill Qeyts koronavirusun hələ də daha təhlükəli, yoluxucu ştamlarının yaranması riskinin qaldığını bildirib.
Bakupost.az xəbər verir ki, o, “Financial Times” nəşrinə verdiyi müsahibəsində koronavirusun ölümcül variantı ilə toqquşacağımız riskinin aradan getmədiyini bildirib.
“Yeni təhlükəli mutasiya yaranması az da olsa var, heç kim pandemiyanı tam istisna edə bilməz.
Buna görə də dövlətlər, hökumətlər səhiyyənin təşkilini yüksək səviyyədə qurmalı, pandemiyalara qarşı səfərbər olmalı, maliyyələşməni artırmalıdırlar. Dərmanlar, vaksinlər üzrə elmi işlər ciddi maliyyə yardımı almalıdır.
Omikrondan sonra koronavirusun evolyusiyası gözlənilir”, - deyə Qeyts əlavə edib.
Aygün Musayeva
BakuPost